12 dekabr 2025 13:43
100

Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı şirkətin Azərbaycan filialı fəaliyyətə başlayıb

Türkiyə Milli Müdafiə Nazirliyinin tərkibində olan Maşın və Kimya Sənayesi Anonim Şirkəti (MKE) tərəfindən Azərbaycanda yaradılan "Maşın və Kimya Azerbaijan (MKA)" adlı şirkət fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, nazirliyin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə məlumat verib.

"Dost və qardaş Azərbaycanla müdafiə sənayesi sahəsindəki konkret və strateji addımlarımızın bir əksi olaraq Maşın və Kimya Sənayesi Səhmdar Şirkətimiz (MKE) tərəfindən Azərbaycanda "Maşın və Kimya Azerbaijan (MKA)" adı ilə qurulan və xaricdəki ilk iştirakçısı olma xüsusiyyəti daşıyan şirkətimiz fəaliyyətinə başlamışdır", - deyə o bildirib.