Ankaradakı ATO Konqresium mərkəzində təşkil edilən 3-cü Dünya Mədəniyyətləri Festivalının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, festival Türkiyədə fəaliyyət göstərən bir çox xarici dövlət təmsilçilərinin, diplomatik nümayəndəliklərin və mədəniyyət mərkəzlərinin iştirakı ilə baş tutub. Festivalda Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi “Azərbaycan stendi” təqdim edib. Stenddə ziyarətçilərə Azərbaycan xalçaları, suvenirlər, kəlağayılar, milli mədəniyyət nümunələri təqdim olunub. Azərbaycan stendini ziyarət edənlər ölkəmizin milli mədəniyyəti haqqında məlumatlandırılıb.
Proqramın bir hissəsi olaraq, festival səhnəsində Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs ansamblı Azərbaycan xalq rəqslərini ifa edib.
Festivalda müxtəlif ölkələrdən ənənəvi rəqs və musiqi kollektivləri, milli geyimlərin nümayişləri, incəsənət və qastronomiya seminarları, yemək təklifləri, mədəni söhbətlər, film nümayişləri və müxtəlif müsabiqələr yer alıb.
Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO