13 dekabr 2025 22:29
95

Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub

Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.

“İki sahil” xəbər verir ki, müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.

Qeyd edək ki, Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O "Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.