Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Naxçıvan Muxtar Respublikasında səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi "X"də paylaşım edib. Con Alderdays Ordubadda yerləşən, 17-ci əsrə aid tarixi abidə olan və hazırda tarix və etnoqrafiya muzeyi kimi istifadə edilən Qeysəriyyə binasını və Cümə məscidinə baş çəkib.
Qeyd edilir ki, şəhərin mərkəzində qaya üzərində tikilmiş və 17-ci əsrdə bərpasından qədim mənşəyinə qədər bu məscid Ordubadın zəngin irsinin simvolu kimi dayanır.
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir