15 dekabr 2025 08:36
160

Keçmiş məcburi köçkün: Ən sevimli günümüzdür

Ən sevimli günümüzdür. Bu gün doğma elimizə, obamıza qayıdırıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür arzulayırıq. Onların sayəsində bu günləri yaşayırıq və hər birinə dərin minnətdarlığımızı bildiririk.

“İki sahil” xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Teymur Allahverdiyev deyib. O, həmçinin gələcək barədə düşüncələrini də bölüşərək deyib: “Qarşıdakı dövrdə doğma torpağımızda əkinçiliklə, biçinçiliklə, heyvandarlıqla məşğul olmağı, öz zəhmətimizlə yaşamağı düşünürük. İnanırıq ki, hər şey çox gözəl olacaq. Çünki bura bizim öz yurdumuz, öz doğma torpağımızdır. İnsan hər zaman öz yurdunda, doğma torpağında daha rahat dolanar, daha gözəl ömür sürər”.