Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.
Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycan–Pakistan ədəbi əlaqələrinə həsr olunmuş kitabların təqdimatı keçirilib
YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur - Vüqar Rəhimzadə