Almaniyanın "Bavariya" klubu Bundesliqada rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatları tarixində 50 qol həddinə ən tez çatan komanda olub. Bu, XIV turda "Maynts 05" ilə 2:2 hesabı ilə bitən matçda reallaşıb. Hazırda Münhen klubunun hesabında 51 qol var.
Qeyd edək ki, "Bavariya" 38 xalla turnir cədvəlinə başçılıq edir.