Azərbaycanda ötən həftə ərzində 115 yanğına çıxış və 2 partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 115 yanğına çıxış, 25 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 29 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 3 nəfərin meyiti təhvil verilib.