15 dekabr 2025 09:59
86

Yasamalın bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, dekabrın 15-də saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.