15 dekabr 2025 10:37
78

Qvardiola rekordu yeniləyib

İngiltərə Premyer Liqasının XVI turunda “Mançester Siti” səfərdə “Kristal Pelas”ı 3:0 hesabı ilə məğlub edib.

“İki sahil” xəbər verir ki, bu, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün Premyer Liqada bir oyunda üç və daha çox qol vurmaqla qazanılan 150-ci qələbə olub. İspaniyalı mütəxəssis bu göstəriciyə 358 oyunda nail olaraq, liqa tarixində yeni rekord müəyyənləşdirib.Əvvəlki rekord 522 qarşılaşma ilə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusona məxsus idi.

İngiltərədə Premyer Liqası tarixində bu göstəriciyə çatan digər məşqçi isə “Arsenal”lın sabiq çalışdırıcısı Arsen Vengerdir. Fransalı 524 görüşdə bunu reallaşdırıb.