İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən Vyana Beynəlxalq İnstitutu (Joint Vienna Institute – JVI) və IMF-in Bacarıqların İnkişafı İnstitutu ilə birgə təşkil olunmuş “Kapital axınlarının idarə olunması: makroiqtisadi təhlil və siyasətlər” mövzusunda beynəlxalq proqramda iştirak edib.
“İki sahil” xəbər verir ki, Vyana şəhərində keçirilmiş təlim proqramı Asiya və Avropa ölkələrinin Maliyyə və İqtisadiyyat nazirliklərinin, mərkəzi bankların, islahat agentliklərinin nümayəndələrini, eləcə də beynəlxalq maliyyə institutlarının aparıcı ekspertlərini bir araya gətirib.
İki həftəlik proqram çərçivəsində qlobal kapital axınlarının təhlili, makroiqtisadi təsirləri, tənzimlənməsi və risklərin idarə olunması, habelə IMF-in İnstitusional Baxışı və İnteqrasiya olunmuş Siyasət Çərçivəsi üzrə mühazirə və praktiki məşğələlər keçirilib.
Proqram IMF-in aparıcı iqtisadçıları, Joint Vienna Institute ekspertləri, Avstriya Mərkəzi Bankının sədri, həmçinin Avropa mərkəzi banklarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə təşkil olunub.
Təlim və müzakirələr zamanı Ayaz Museyibov interaktiv sessiyalarda çıxış edərək makroiqtisadi sabitlik, iqtisadi islahatlar və kapital axınlarının idarə olunması sahəsində mövqeyini bölüşüb, qlobal maliyyə bazarlarında artan risklər və inkişaf etməkdə olan ölkələr üçün siyasət alətləri ilə bağlı fikir mübadiləsi aparıb.
Qeyd olunan beynəlxalq proqramda iştirak İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qabaqcıl qlobal təcrübələrin öyrənilməsi və Azərbaycanın iqtisadi siyasətinin analitik əsaslarının gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.
Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir - ŞƏRH
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb