15 dekabr 2025 17:47
135

“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından indiyədək burada 263,2 mlrd.kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə yataqdan 52,3 mln. ton kondensat hasil edilib.

““Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 19 il ötür. “Şahdəniz” Mərhələ 1”in uğurla fəaliyyətə başlaması Azərbaycan qazının dünya bazarlarına çıxışında yeni qapılar açaraq ölkəmizin enerji təhlükəsizliyni möhkəmləndirib, iqtisadi inkişafı yeni mərhələyə yüksəldib”, - məlumatda qeyd olunur.