Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyasının növbəti iclasında "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi" haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.
“İki sahil” xəbər verir ki, iclas Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutub.
İclasın gündəliyinə həmçinin "Normativ hüquqi aktlar haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin (II oxunuş) və "Ali Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin (I oxunuş) müzakirəsi məsələləri daxil edilib.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə danışıb, Naxçıvanın maliyyə naziri Həsən İsmayılov çıxış edib.
Hesablama Palatasının auditoru, qurumun Naxçıvan idarəsinin rəisi Hafiz İsmayılbəyli büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatını diqqətə çatdırıb. Qanun layihəsi ilə əlaqədar deputatlardan Şəhla Əhmədova, Canməmməd Canməmmədov, Mövlan Məmmədov, Azad Novruzov və Rafiq Novruzov çıxış etdikdən sonra İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsinə dair komitənin rəyini diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub. 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483,2 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gəlirlərin 43,8 %-ni və yaxud 211,6 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 74,1 milyon manat və yaxud 25,9 % azdır. Naxçıvanın öz gəliriəri isə cari illə müqayisədə 52,1 milyon manat və yaxud 23,7 % artımla - 271,6 milyon manat proqnozlaşdırılır.
Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir - ŞƏRH
“Şahdəniz” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Vyanada beynəlxalq iqtisadi proqramda iştirak edib
Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb