Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq.
“İki sahil” xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib.
G.Hacıbəyli isə bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini qeyd edib.
Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa çağırılıb.
BMT-nin Ofisi Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb