ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ lideri Donald Trampın kürəkəni Cared Kuşnerin 15 dekabrda Berlində Vladimir Zelenski ilə keçirdiyi görüş məhsuldar olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşrin jurnalisti Barak Ravid mənbəyə istinadla bildirib ki, Trampın müşavirləri ilə Zelenski arasında keçirilən görüş faydalı keçib.
Bundan əvvəl Zelenskinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin Almaniyada Uitkoffla aparılan danışıqlardan sonra bəyanat veriləcəyini demişdi.
"Bild" nəşri yazıb ki, Ukrayna NATO üzvlüyündən imtina etməyi və seçkilərin keçirilməsini mümkün variant kimi nəzərdən keçirib.
Macarıstan tələb edir ki, Kiyev xərclənmiş vəsait barədə hesabat versin - Siyarto
Konqresmen Beykon ABŞ-dan Ukraynaya uzun mənzilli raketlər göndərməyi tələb edib