15 dekabr 2025 19:51
107

Aİ Rusiya nefti daşıdığı iddia olunan 40 tankeri "qara siyahıya" salıb

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiya nefti daşıdığı iddia edilən 40 tankeri "qara siyahı"ya daxil edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas məlumat verib.

Kallas TASS-a bildirib ki, nazirlər 40 tankeri ‘kölgə donanması’ qara siyahısına daxil etmək qərarı qəbul ediblər.