İranda İsfahan-Nətənz istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. İsfahan əyalətinin fövqəladə halların idarə edilməsi üzrə baş direktoru Mənsur Şüşəfuruşin bildirib ki, hadisə yerinə polis əməkdaşları, xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.