16 dekabr 2025 11:45
140

İİTKM-in sektor müdiri işğaldan azad edilmiş ərazilərin regional dəhlizlərin reallaşmasındakı rolundan danışıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə Energetika Nazirliyi və nazirliyin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən *Qarabağ Universiteti*ndə “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbirdə çıxış edib.

“İki sahil” xəbər verir ki, Gültac Əhmədzadə-Tapdıqzadə “İşğaldan azad edilmiş ərazilərin regional dəhlizlərin reallaşmasındakı rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxış edərək azad edilmiş ərazilərin regional enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyəti, bu ərazilərin yaşıl enerji konsepsiyası ilə uzlaşdırılmış inkişaf imkanları barədə fikirlər səsləndirib.

Tədbirdə dövlət qurumlarının, ali təhsil müəssisələrinin və aidiyyəti təşkilatların nümayəndələri iştirak edərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonası konsepsiyasının tətbiqi, bərpa olunan enerji potensialı və bu istiqamətdə həyata keçirilən tədbirləri müzakirə ediblər.

Tədbir Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi formalaşdırılması üzrə görülən işlərin müzakirəsi, dövlət qurumları və akademik mühit arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də regional dayanıqlı inkişaf yanaşmalarının elmi-praktik müstəvidə dəyərləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.