Brüssel Avropa İttifaqı ölkələrinə Ukraynanın hərbi xərclərinin birgə borclanma hesabına maliyyələşdirilməsi barədə qərarı məcburən qəbul etdirir. Bunun nəticələri isə gələcək nəsillər üçün ağır yükə çevriləcək.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Bunu istəməyənlərə belə bu qərar məcburən qəbul etdiriləcək və onlar onilliklər boyu faiz ödəməli olacaqlar. Bu isə Rusiya–Ukrayna münaqişəsinin tez bir zamanda başa çatması üçün olan şansın birdəfəlik itirilməsi deməkdir. Biz eskalasiya istiqamətində irəliləyirik və bir şey dəqiqdir: bu münaqişənin nəticələri hətta nəvələrimizin üzərinə də ağır yük kimi düşəcək”, — deyə Macarıstan hökumətinin başçısı yazıb.
Orban həmçinin vurğulayıb ki, Budapeşt Avropa İttifaqı rəhbərliyi tərəfindən artan təzyiq şəraitində fəaliyyət göstərməli olacaq.