16 dekabr 2025 13:27
134

ABŞ Rusiyanın “qlobal iqtisadiyyata qayıtmasında” maraqlıdır

ABŞ hakimiyyəti Rusiyanın Ukraynada müharibə başlamazdan əvvəl inteqrasiya olunduğu qlobal iqtisadiyyata “yenidən qayıtmasını” istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə mənbəyə istinadla Amerikanın The Washington Post qəzeti yazıb.

Nəşrin məlumatına görə, ABŞ Rusiyanın qlobal iqtisadiyyata qaytarılmasını gələcəkdə “müharibəyə qoşulmamaq” üçün bir stimul kimi nəzərdən keçirir.

Daha əvvəl "Axios" portalı ABŞ-ın yaxın vaxtlarda Ukrayna ilə bağlı Rusiyaya güclü bir təklif irəli sürmək niyyətində olduğunu bildirmişdi.