16 dekabr 2025 13:55
122

Peskov: Kreml Aİ-nin Kiyevə təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatını qiymətləndirəcək

Kreml Avropa İttifaqı liderlərinin Kiyevə təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatının mətnini gördükdən sonra onu təhlil edəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva hələlik yalnız hazırlanmaqda olan bəyanatla bağlı KİV-də yayılan məlumatları görüb və onlara reaksiya vermək niyyətində deyil.

“Hələlik hər hansı mətn görməmişik. Görəndən sonra artıq təhlil edəcəyik”, — deyə Peskov jurnalistlərin sualını cavablandırıb.