16 dekabr 2025 14:21
132

Britaniyalı nazir “BBC”ni Trampa güzəştə getməməyə çağırıb

Britaniya Yayım Korporasiyası BBC ABŞ prezidenti Donald Trampla mübahisədə öz mövqeyini müdafiə etməklə düzgün addım atıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Böyük Britaniyanın səhiyyə naziri Stiven Kinnok "Reuters" agentliyinə bildirib.

Nazirin fikrincə, BBC sənədli filmində Donald Trampın sitatlarının dəyişdirilməsinə görə üzr istəməklə düzgün davranıb. Bununla yanaşı, o əlavə edib ki, hazırda korporasiyanın ABŞ prezidentinin istənilən hüquqi addımını məhkəmədə mübahisələndirmək üçün tam haqqı var.

Tramp BBC-ni məhkəməyə verərək 2024-cü ildə çəkilmiş sənədli filmdə onun çıxışından dəyişdirilmiş fraqmentlərə görə 10 milyard dollar məbləğində kompensasiya tələb edir. ABŞ prezidentinin fikrincə, sitatların dəyişdirilməsi nəticəsində onun 6 yanvar 2021-ci ildə tərəfdarlarını Vaşinqtondakı Kapitoliyə hücuma çağırdığı təəssüratı yaranıb.

BBC Donald Trampdan üzr istəyib, vəziyyətin qiymətləndirilməsində səhvə yol verdiyini etiraf edib və montajın tamaşaçılarda yanlış təsəvvür yaratdığını təsdiqləyib. Bununla belə, korporasiya böhtanla bağlı iddia qaldırılması üçün hüquqi əsasların olmadığını hesab edir.