Tailand və Kamboca sərhəd zonada gərginliyin azaldılması səyləri çərçivəsində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) müşahidəçilərinin bölgədə yerləşdirilməsinə razı olublar.
“İki sahil” xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim açıqlama verib.
Bernama agentliyinin məlumatına görə, Malayziya ASEAN xarici işlər nazirlərinin dekabrın 22-də Kuala-Lumpurda keçirilməsi planlaşdırılan görüşü də daxil olmaqla xarici işlər, hərbçilər və digər səviyyələrdə dialoqun təmin olunmasına səylərini davam etdirəcək. Baş nazir Ənvər İbrahim Tailand və Kambocanın ASEAN xarici işlər nazirləri iclasına qatılmağa və sərhəd gərginliyinin azaldəlması üçün ASEAN-ın təşəbbüslərinə razılıq verdiyini deyib.
Qeyd edək ki, iki ölkənin sərhədində kiçik silahlarla toqquşmalar dekabrın 7-də başlayıb. Dekabrın 8-də Tailand Quru Qoşunları Kamboca qüvvələrinin sərhəd bölgəsindəki mövqeləri atəşə tutduğunu bildirib. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Hər iki tərəfdən hərbçilər və mülki şəxslər arasında itkilər var.