18 dekabr 2025 10:39
158

SOCAR və "KazMunayGaz" arasında təcrübə mübadiləsi proqramına start verildi

Proqram çərçivəsində tərəflər neft-qaz sənayesində qabaqcıl texnologiyalar və istehsalat təcrübələri ilə tanış olurlar

SOCAR və "KazMunayGaz" şirkəti arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə neft-qaz sənayesinin müxtəlif sahələrini əhatə edən təcrübə mübadiləsi proqramına start verilib.

Proqramın ilk mərhələsində neft-qaz çıxarma, energetika, nasos maşınları və qazma sahəsində tətbiq edilən müasir üsullar haqqında təqdimat edilib. 
Proqram iştirakçıları, həmçinin istehsalat sahələrinə səfər edib, texniki və texnoloji proseslərlə yaxından tanış olub, dünyada ilk dəfə sənaye üsulu ilə “Bibiheybət” yatağında qazılan quyu haqqında ətraflı məlumat əldə ediblər.

Orxan Vahidoğlu, "İki sahil"