Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu il dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan biri - 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda qeyd olunub ki, hazırda itkin düşən digər şəxs - 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.
Milli Məclis notariat hərəkətləri sirrinin saxlanılması qaydalarında dəyişikliyi ilk oxunuşda qəbul edib
Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib
TƏBİB 50 xarici dövlətlə səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurub