Azərbaycanda balıq istehsalı müəssisəsi açmaq istəyən şəxslərə istifadə edəcəyi avadanlıq və texnikanın alınmasında müəyyən dövlət dəstəyi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.
"Bundan başqa, vergi güzəştləri olacaq. Çünki hazırda kənd təsərrüfatının birbaşa istehsalı vergidən azaddır. Bununla yanaşı, müəyyən məhsul subsidiyası planlaşdırılır. Əgər dediyimiz qanunvericilik aktı qəbul olunarsa, akvakultura obyektlərində balıqların satışından əlavə həmin məhsullara dövlət subsidiya verəcək. Əsas hədəf yerli məhsullarımızın idxal olunan məhsullar qarşısında rəqabət qabiliyyətliliyini qaldırmaqdır. Bu, biznes fəaliyyəti olduğundan digər aidiyyatı dövlət qurumları var ki, bu biznesin dəstəkləyə, onlara müəyyən kreditlərin verilməsini təmin edə bilər", - deyə o qeyd edib.
MM kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini qəbul edib
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub