“2019-cu ildən başlayaraq TƏBİB tabeli tibb müəssisələrində tibbi xidmət üzrə keyfiyyət standartlarının tətbiqinə başlanılıb. Həmin tibbi xidmət standartlarına Təcili tibbi yardım, Əməliyyatxana, Böhran vəziyyətlərinin idarə edilməsi, Endoskopiya, Biokimyəvi laborator xidmətlər və s. tibbi xidmət sahələri aiddir. Onlardan bir çoxları tibb müəssisələrində uğurla icra olunmaqdadır”.
“İki sahil” xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
O bildirib ki, 2025-ci il ərzində idarəetmə və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun olaraq Yeni Klinikada bir sıra keyfiyyət idarəetmə sistemləri uğurla tətbiq edilib:
“Artıq Keyfiyyətin idarə edilməsi Risklərin idarə edilməsi, Vətəndaş müraciətləri və şikayətlərinin idarə edilməsi sistemi üzrə ISO sertifikatları əldə olunub. Qısa müddətdə Respublika Pediatriya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası üçün də müvafiq ISO sertifikatların alınması planlaşdırılır”.
Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb -
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir
İşğaldan azad olunmuş ərazilərdə göstərilən tibbi xidmətlərin statistikası açıqlanıb