19 dekabr 2025 13:15
108

Tibb işçilərinin işə qəbulu “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə həyata keçirilir

“Tibb müəssisələrinə tibb və qeyri-tibb işçilərinin işə qəbulu həmin müəssisələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır”.
 
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli qərarı ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə həyata keçirilir.
 
V.Qurbanov əlavə edib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Bakı Baş Səhiyyə Mərkəzinin poliklinikalarına işə qəbul prosesi isə TƏBİB tərəfindən bütün vəzifələr üzrə yalnız açıq elanlar əsasında həyata keçirilir. Hesabat dövründə bu müəssisələrə ümumilikdə, 321 həkim, 225 orta tibb işçisi işə qəbul olunub.