“TƏBİB tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, eləcə də müvafiq dövlət qurumları ilə əlaqəli və çevik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilib”.
“İki sahil” xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, cari il ərzində icbari tibbi sığorta hesabına TƏBİB tabeli tibb müəssisələrinə Vətən müharibəsi iştirakçılarına ümumi 80 944 müraciət əsasında 237 819 tibbi xidmət (ambulator və stasionar), şəhid ailəsi üzvlərinə isə 48 157 müraciət əsasında 178 353 tibbi xidmət (ambulator və stasionar) göstərilib:
“Eyni zamanda müvafiq olaraq 254 və 108 psixoloji xidmət təqdim olunub. Ümumilikdə TƏBİB tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçılarına adambaşına orta hesabla 23.68, şəhid ailəsi üzvlərinə adambaşına orta hesabla 19.8 xidmət təşkil edilib”.
V.Qurbanov deyib ki, vətəndaşlara daha operativ tibbi xidmət göstərilməsi və onların daima nəzarətdə saxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində müharibə iştirak etmiş şəxslərə və şəhid ailəsi üzvlərinə xidmət göstərən koordinatorlar təhkim edilib ki, hazırda TƏBİB tabeli 70 tibb müəssisəsində 163 koordinator fəaliyyət göstərir:
“2025-ci il ərzində TƏBİB tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sağlamlığının qorunması, tibbi xidmətlərə əlçatanlığının artırılması və psixoloji dəstəyin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Həyata keçirilmiş işlər nəticəsində bu kateqoriyadan olan şəxslərin tibbi xidmətlə əhatə dairəsi genişlənib, müraciətlərin operativ araşdırılması və cavablandırılması təmin olunub”.
Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir
Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - FOTO