19 dekabr 2025 15:57
77

"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi - 2:0

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start verilib.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə səfərdə "Kəpəz"lə qarşılaşan "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Alexandro Serrano (6) və Joarlem Santos (47) vurublar.

"Turan Tovuz" hazırda 27 xalla 5-ci yerdə qərarlaşıb.. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.

Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq