20 dekabr 2025 10:30
86

Nyu-Cersi ştatında iki qatar toqquşub

ABŞ-nin Nyu-Cersi ştatında iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "New Jersey Transit" korporasiyasının nümayəndəsi bildirib. "Cümə günü axşam Monkler-Bunton xəttində iki qatar toqquşub", - məlumatda qeyd edilib. Qəza nəticəsində 17 nəfər yüngül xəsarətlər alıb. Hazırda Nyu-Cersi nəqliyyat şirkətinin polisi hadisənin baş vermə şəraitini araşdırır. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Monkler-Bunton xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.