Azərbaycanla Monteneqro arasında humanitar sahədə böyük potensial mövcuddur. Xüsusilə təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq üçün geniş imkanlar var. Bu çərçivədə təqaüd proqramlarından Monteneqrodan olan tələbələrin də yararlanması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə söyləyib.
Nazir bildirib ki, iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq mövcuddur: “Beynəlxalq təşkilatlarda namizədlərin irəli sürülməsi və seçilməsi zamanı bir-birimizə qarşılıqlı dəstək göstəririk”.
Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir