23 noyabr 2016 19:51
327

İtaliyanın Azərbaycandakı səfirindən maraqlı dəvət

Bakı sakinləri bütün həftə boyunca Ümumdünya italyan mətbəxi həftəsi günlərində İtaliya milli mətbəxi yeməkləri, salat və desertlərini dada biləcəklər.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillonun Trend-ə bildirdiyinə görə, həftə ərzində ümumilikdə bütün dünyada 300-ə yaxın tədbir keçirilməsi nəzərdə tutulub və bu tədbirlər çərçivəsində insanlar italyan mətbəxi, məişəti ilə yaxndan tanış ola biləcəklər.

Səfir qeyd edib ki, Bakıda da noyabrın 26-dək beş müxtəlif tədbir baş tutacaq. C.Kutillon paytaxt sakinlərini və qonaqları Turin, Milan, Siciliya və digər şəhərlərin mətbəxləri ilə tanış olmağa dəvət edib.