21 dekabr 2025 14:05
75

Niklas Süle karyerasını İtaliyada davam etdirə bilər

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Niklas Süle karyerasını İtaliyada davam etdirə bilər.

“İki sahil” xəbər verir ki,  "Milan" 30 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır. A Seriyası təmsilçisi artıq alman oyunçunun agenti ilə danışıqlara start verib.

Qeyd edək ki, Sülenin Dortmund klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.