Dayanıqlı inkişaf müasir dövlət idarəçiliyində əsas prioritetlərdən biri hesab olunur. Azərbaycan Respublikasında bu konsepsiyanın ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərindəndir. Onun rəhbərliyi dövründə ölkənin iqtisadi, sosial və ekoloji inkişafı qarşılıqlı şəkildə uzlaşdırılmış, uzunmüddətli nəticələrə hesablanmış strategiyalar formalaşdırılmışdır.
Prezident İlham Əliyevin dayanıqlı inkişaf siyasətində iqtisadi şəxaləndirmə mühüm rol oynayır. Neft gəlirlərinin insan kapitalına və qeyri-neft sektoruna yönləndirilməsi iqtisadi sabitliyin qorunmasına və gələcək nəsillər üçün etibarlı inkişaf bazasının yaradılmasına xidmət edir. Regional sosial-iqtisadi inkişaf proqramları isə əhalinin rifah səviyyəsinin yüksəldilməsinə və reginal balansın təmin olunmasına şərait yaradır.
Sosial siyasət sahəsində həyata keçirilən islahatlar dayanıqlı inkişafın əsas göstəricilərindəndir. Təhsil, səhiyyə və sosial müdafiə sisteminin gücləndirilməsi insan amilini inkişafın mərkəzinə yerləşdirir. Prezident İlham Əliyevin sosial rifaha yönəlmiş qərarları cəmiyyətdə sosial ədalətin və sabitliyin möhkəmlənməsinə səbəb olmuşdur.
Ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Yaşıl enerji layihələri, bərpa olunan enerji mənbələrinə keçid və ekoloji təşəbbüslər Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir. Bu yanaşma beynəlxalq öhdəliklərlə yanaşı milli maraqlara da uyğun gəlir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyası dayanıqlı inkişafın bütün əsas komponentlərini əhatə edir. Güclü iqtisadiyyat, sosial rifah, ekoloji məsuliyyət və strateji idarəetmə bir-birini tamamlayaraq Azərbaycanın uzunmüddətli inkişafınə təmin edən möhkəm təməl yaradır.
Almaz Rizvanova,
48 nömrəli məktəbin müəllimi