21 dekabr 2025 22:14
84

Xətai rayonunun bəzi hissələrində qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabah paytaxtın Xətai rayonunda qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Xətai rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 22.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq", - deyə məlumatda qeyd olunub.