23 noyabr 2016 22:27
373

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 1 nömrəli filialının uşaq şöbəsi “Ümid sənədir ancaq” adlı rəsm müsabiqəsi keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, rəsm müsabiqəsi Xalq Şairi Qabilin anadan olmasının 90 illiyi ilə əlaqədar təşkil olunub.

Şairin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” adlı şeirinə həsr olunmuş müsabiqədə 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak edərək, mövzuya dair rəsmlər çəkiblər.

Müsabiqənin nəticələrinə uyğun olaraq şagirdlərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.