23 dekabr 2025 11:02
87

Əvvəlki illərlə müqayisədə Binəqədidə cinayətkarlığın dinamikası aşağıdır

Bu il 5-ci prokurorluq binasının açılışında iştirak edirik. Bu gün Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binası açıldı. Binəqədi Bakının ən böyük rayonlarından biridir. Hər il cinayətkarlığın dinamikasını təhlil edirik. Binəqədi Bakı üzrə ən çox cinayət xarakterli hadisələrin qeydə alındığı rayonlardan biridir. Bunun obyektiv və subyektiv səbəbləri var. Bunun ərazinin böyüklüyü, əhalinin say tərkibi və digər böyük əsasları var. Odur ki, Binəqədi rayonunda prokurorluq əməkdaşlarının iş yükü kifayət qədər yüksəkdir. Bu baxımdan belə bir şəraitin qurulması vacibdir.

“İki sahil” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasının açılışında çıxışı zamanı deyib.

Binəqədi rayonunda 12 prokurorluq əməkdaşının fəaliyyət göstərdiyini bildirən Baş prokuror fikirlərinə belə davam edib: "Statistikaya nəzər salanda əvvəlki illərlə müqayisədə bu rayonda cinayətkarlığın dinamikası aşağıdır. Cinayətlərin, xüsusilə də bir sıra ağır cinayətlərin sayında azalma qeydə alınıb. Bu da rayon hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizədə həyata keçirdikləri tədbirlərin müsbət nəticələridir. Bütün bunlarla yanaşı, biz daim öz üzərimizdə işləməli, peşəkarlığımızı, bilik və bacarıqlarımızı artırmalıyıq".