23 dekabr 2025 17:01
118

Minik və yük maşınları toqquşub

Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib. "Ford" markalı yük avtomobili ilə BMW markalı minik avtomobili toqquşub.

Nəticədə xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.