Dekabrın 23-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, İran Prezidenti dövlət başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.
Telefon söhbəti zamanı 2026-ci ildə təmaslar və Azərbaycan-İran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub