Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə platformasında paylaşım edilib.
"Bu gün, ölkəmizin inkişafı və xalqımızın mənafelərinin qorunması yolunda əzmlə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidenti səmimi-qəlbdən təbrik edir və ölkəmizin inkişafına yönəlmiş qətiyyətli fəaliyyətində daimi uğurlar arzulayırıq. Doğum gününüz mübarək, cənab Prezident!", - deyə paylaşımda qeyd edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub