Bu il ərzində ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşayiət olunub.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri bu konteksdə vacib əhəmiyyətə malik olub:
"Həmin səfər çərçivəsində iki ölkə arasında anlaşma memorandumu imzalanıb, həmçinin bu səpkidə qarşılıqlı səfərlər baş tutub".
Azərbaycan neftinin ixracı ilə bağlı Tbilisinin təklif etdiyi ilkin tarif məqsədəuyğun deyildi
Ceyhun Bayramov: Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı işləyir