28 dekabr 2025 14:51
88

Malayziyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Azərbaycanın Malayziyadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Malayziyada yaşayan və təhsil alan soydaşlarımız iştirak edbilər.

Səfirliyin müşaviri Sərxan İsmayılov əlamətdar günün tarixindən və əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə göstərdiyi xüsusi diqqəti vurğulayıb. Diplomat dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsinin və milli maraq kəsb edən məsələlərdə birgə səy göstərmələrinin vacibliyini qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin bu istiqamətdə mühüm nəticələr verdiyini söyləyib.

S. İsmayılov 5 il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda başladığı Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi möhkəm birlik və həmrəyliyi xatırladıb, Diplomat, həmçinin Azərbaycan və Malayziya arasında münasibətlərin möhkəmlənməsində bu ölkədə yaşayan Azərbaycan icmasının mühüm rol oynadığını diqqətə çatdırıb.

Malaya Universitetinin doktorantı və Malayziya üzrə Azərbaycan diasporasının koordinatoru Elçin Hüseynov səfirliyin bu ölkədə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri vurğulayıb.