28 dekabr 2025 21:28
97

Ağdaşda bayram tədbiri təşkil olunub

Ağdaş rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram konserti təşkil edilib.

“İki sahil” xəbər verir ki, tədbir Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunan bayram tədbirində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. İştirakçılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bir araya gələrək milli birlik və həmrəylik ruhunu bir daha nümayiş etdiriblər. Tədbir zamanı Şaxta baba və Qar qızın səhnəyə çıxaraq iştirakçıları Yeni il münasibətilə salamlaması, onlara xoş arzularını çatdırması bayram əhvali-ruhiyyəsini daha da yüksəldib və tədbirə xüsusi rəng qatıb.

Bayram konsertində respublikanın tanınmış incəsənət xadimlərinin, eləcə də Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin kollektivlərinin ifasında şən mahnılar səsləndirilib, kompozisiyalar təqdim olunub. Proqram iştirakçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb.