“Ermənistan hakimiyyəti Rusiya ilə əlaqələri kəsməyə çalışmır və bunu beynəlxalq tərəfdaşlarına çatdırıb”.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Ermənistan hökumətinin Rusiyanı Ermənistandan çıxarmaq və ya siyasi və ya iqtisadi əlaqələri kəsmək gündəliyi yoxdur. Belə bir gündəm yoxdur, belə bir siyasət yürüdülmür. Anlaşılmazlıqların qarşısını almaq üçün bu, birbaşa beynəlxalq tərəfdaşlara çatdırılır", - Mirzoyan deyib.
O, həmçinin əlavə edib ki, Rusiya hərbi bazasının ölkədən çıxarılması da Ermənistan hökumətinin gündəliyində deyil.
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub