29 dekabr 2025 20:03
94

Ağ Ev: Putin və Tramp arasında yeni telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Leavitt X sosial şəbəkəsində məlumat verib.

“Prezident Tramp Ukrayna məsələsi ilə bağlı Prezident Putinlə müsbət telefon danışığını başa çatdırıb”, - deyə o yazıb.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri ilə ABŞ prezidentinin telefon danışığının ən yaxın zamanda baş tutacağını bildirmişdi.