31 dekabr 2025 01:26
90

Gələn il bu telefonlarda “WhatsApp” işləməyəcək

Smartfon texnologiyalarında sürətli yenilənmə məşhur tətbiqlərin köhnə cihazlara dəstəyini dayandırmasına səbəb olur.

“İki sahil” xəbər verir ki, təhlükəsizlik və sistem tələblərinin sərtləşdirilməsi fonunda "WhatsApp" 1 yanvar 2026-cı il tarixindən etibarən həm Android, həm də iOS platformalarında bəzi köhnə telefon modellərinə dəstəyi rəsmi olaraq dayandıracaq.

Qərara əsasən, bu cihazlarda "WhatsApp" açılmayacaq, mesaj göndərmək və qəbul etmək də daxil olmaqla əsas funksiyalar istifadəsiz qalacaq. İstifadəçilərə məlumatlarını itirməmək üçün əvvəlcədən ehtiyat nüsxə yaratmaq tövsiyə olunur.

"WhatsApp"ın dəstəyini dayandıracağı 20 telefon modeli bunlardır:

iPhone 5, iPhone 5c, iPhone 5S, iPhone 6, iPhone 6 Plus, Samsung Galaxy S3, Samsung Galaxy S4, Samsung Galaxy S5, Samsung Galaxy Note 2, Samsung Galaxy Note 3, Samsung Galaxy Ace 3, Samsung Galaxy S4 Mini, Samsung Galaxy Trend, Samsung Galaxy J2, Sony Xperia Z2, Sony Xperia Z3, Huawei Ascend Mate, Huawei Ascend G740, Huawei Ascend D2, LG Optimus L3 II, LG Optimus L5 II, LG Optimus F5, LG Optimus L7 II