Məşhur "Lilo & Stitch" Hollivud franşizasının qəhrəmanı olan yadplanetli Stitç "Disney"in 2025-ci ildə ən böyük maliyyə uğuru olub.
“İki sahil” xəbər verir ki, "Lilo & Stitch"in rimeyki dünya miqyasında 1.04 milyard dollar gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilib. Stitç məhsullarının satış həcmi təkcə 2025-ci maliyyə ilində 4 milyard dolları keçib.
Film həmçinin "Disney+" tarixində ikinci ən yaxşı açılış göstəricisini nümayiş etdirib (5 gündə 14.3 milyon baxış).
Xatırladaq ki, orijinal cizgi filmi 2002-ci ildə ekranlara çıxıb.