2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana Avropa ölkələrindən 207 780 turist səfər edib.
“İki sahil” xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 104 301 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 4,2 % çoxdur. Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 34 420 nəfər. Bu, illik müqayisədə 3,8 % çoxdur.
Bundan əlavə, Belarusdan 24 967 nəfər (+2,3 %), Polşadan 10 574 nəfər (+8,3 %), Macarıstandan 4 801 nəfər (+28,2 %), Moldovadan 4 479 nəfər (+0,2 %), Rumıniyadan 3 601 nəfər (+7,6 %), Çexiyadan 3 426 nəfər (+35,1 %), Litvadan 2 776 nəfər (−18,8 %), Bolqarıstandan 2 424 nəfər (-5,6 %) Latviyadan 2 288 nəfər (−12,7 %), Serbiyadan 2 086 nəfər (+5,8 %), Slovakiyadan 1 849 nəfər (−10,3 %), Estoniyadan 1 777 nəfər (+2,7), Xorvatiyadan 1 537 nəfər (+21,6 %), Sloveniyadan 844 nəfər (+32,9 %) Kiprdən 734 nəfər (-5 %), Monteneqrodan 495 nəfər (+34,9 %), Bosniya və Hersoqovinadan 493 nəfər (-2,2 %), Şimali Makedoniyadan 380 nəfər (+39,7 %), Albaniyadan 349 nəfər (−22,1 %) turist gəlib.
11 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 103 479 nəfər turist gəlib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 % çoxdur.
Qərbi Avropa ölkələri arasında ən çox turist 25 033 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 3,2 % çoxdur.
Bundan əlavə, Almaniyadan 22 513 nəfər (+10,3 %), İtaliyadan 14 006 nəfər (+11,4 %), İspaniyadan 7 216 nəfər (+0,1 %), Fransadan 6 826 nəfər (-1,4 %), Niderlanddan 5 866 nəfər (+1,8 %), Avstriyadan 2886 nəfər (+5 %), Belçikadan 2 946 nəfər (+5,6 %), Portuqaliyadan 2 646 nəfər (+1,8 %), İsveçdən 2 396 nəfər (-23,1 %), Yunanıstandan 2 306 nəfər (+ 30,2 %), İsveçrədən 2 291 nəfər (-4,7 %), İrlandiyadan 1 759 nəfər (-6,4 %), Norveçdən 1 506 nəfər (-23,8 %), Danimarkadan 1 346 nəfər (−29 %), Finlandiyadan 910 nəfər (−20,5 %), Lüksemburqdan 475 nəfər (+10,5 %), Maltadan 243 nəfər (-19,8 %), İslandiyadan 293 nəfər (-29,7 %), Andorradan 16 nəfər (-15,7 % ) turist gəlib.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub
Mehriban Əliyeva: Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün