02 yanvar 2026 11:10
71

Göyçayda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb

Göyçay rayonunda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki,  hadisə ötən gün baş verib.

Məlumata görə, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov dekabrın 31-i saat 21-i radələrində yaşadığı evdən baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və yanvarın 1-i saat 10 radələrində ölüb.

Araşdırmalarla S.Əhmədovun qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirib 2-ci mərtəbənin eyvanından yıxılaraq ölməsi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.